Daily exchange rate
28.04.2026
USD / AZN 1,7055
Dünya üzrə mövcud iqtisadi vəziyyət və yanacaq qiymətlərində baş verən ciddi qiymət artımları və çatışmazlığı səbəbi ilə “Azərbaycan Hava Yolları” QSC və digər havayolları tərəfindən aviabilet qiymətlərinə dəyişikliklər edilmişdir.
Bununla əlaqədar olaraq:
1. 26.04.2026-cı il tarixinədək (həmin tarix daxil olmaqla) edilmiş və uçuş tarixi 01.05.2026-cı il tarixindən sonra olan bütün rezervasiyalar üzrə hər sərnişin üçün yanacaq xərci əlavəsi olaraq 65 (altmış beş) ABŞ dolları məbləğində əlavə ödəniş tətbiq ediləcəkdir;
2. 27.04.2026-cı il tarixindən (həmin tarix daxil olmaqla) sonra edilmiş və uçuş tarixi 01.05.2026-cı il tarixindən etibarən olan bütün rezervasiyalar üzrə isə qeyd olunan yanacaq əlavəsi artıq aviabilet qiymətlərinə daxil edilmişdir.
Bildiririk ki, “Summer Tour Azərbaycan” MMC ilə imzalanmış Agentlik müqaviləsinin 1 və 2 saylı əlavələrinin qoşmaları ilə təstiq edilmiş Agentlə Turist arasında imzalanmalı olan müqavilə formasının 2.3.5-ci bəndinə əsasən, şəraitdə obyektiv dəyişikliklər baş verdikdə Agentin turizm xidmətlərinin ilkin razılaşdırılmış dəyərini yüksəltmək hüququ vardır. Həmin müqavilə formasının 5.3.3-cü bəndinə əsasən, səyahətin qiymətinin nəqliyyat vasitələrinin yol qiymətlərinin yüksəlməsi ilə əlaqədar qalxdığı zaman Agent Turist qarşısında məsuliyyət daşımır. Eyni zamanda, “Summer Tour Azərbaycan” MMC ilə imzalanmış Agentlik müqaviləsinin 3.3-cü bəndinə əsasən, Turoperatordan asılı olmayan səbəblərdən turun dəyəri artdıqda, Agent Turoperator tərəfindən göndərilən əlavə hesab əsasında ödənişi tamamlayır və ya turdan imtina haqda, bu Müqavilə və ona əlavələrdə müəyyən edilmiş ləğvetmə qaydaları və cərimə sanksiyaları ilə bağlı şərtlərdə göstərilən nəticələrin riskini daşımaqla qərar qəbul edir.
Yuxarıda qeyd edilənlərə yanaşı bildiririk ki, əlavə ödənişlə razılaşmayan sərnişinlər cəriməsiz ləğv və tam geri ödəniş tələb etmək hüququna malikdirlər.
Biz “Summer Tour” olaraq hər zaman olduğu kimi turizm peşəkarlarının və turagentlərin maraqlarını qorumağa və dəstəkləməyə hazır olduğumuzu bildirmək istəyirik.
|
|
||||||
|
|
|||||||||||||||||||||
|
город
|
категория
|
гостиница
Отображены не все отели. Пользуйтесь поиском выше.
|
питание
|
|||||||||
|
Фильтры
|
||||||||||||
Пояснение
|
||||||||||||