Your web browser is out of date. Please, update your browser.

Daily exchange rate
18.05.2026
USD / AZN 1,7055


YANACAQ ƏLAVƏSİ İLƏ BAĞLI MƏLUMAT

Hörmətli tərəfdaşlar,

Son dövrlərdə dünyada baş verən geosiyasi hadisələr fonunda beynəlxalq aviasiya bazarında yanacaq qiymətlərində müşahidə olunan dəyişikliklər və bunun aviabiletlərin maya dəyərinə təsiri ilə əlaqədar olaraq, aşağıdakı əlavələrin tətbiq olunacağını nəzərinizə çatdırırıq.

Nəzərinizə çatdırırıq ki, 26.04.2026-cı il tarixinədək (həmin tarix daxil olmaqla) rəsmiləşdirilmiş və uçuş tarixi 01.05.2026-cı il tarixindən sonrakı dövrə təsadüf edən rezervasiyalar üzrə aşağıdakı yanacaq əlavələri tətbiq ediləcəkdir:

1. Gediş-gəliş “Azərbaycan Hava Yolları” QSC ilə həyata keçirilən turizm paketləri üzrə
Hər bir sə
rnişin üçün 65 (altmış beş) ABŞ dolları məbləğində əlavə ödəniş tətbiq ediləcəkdir
(agent komissiyası daxil olmaqla).

2. Gediş-gəliş “A-Jet” aviaşirkəti ilə həyata keçirilən turizm paketləri üzrə
Hər bir sə
rnişin üçün 32.50 (otuz iki dollar əlli sent) ABŞ dolları məbləğində əlavə ödəniş tətbiq ediləcəkdir
(agent komissiyası daxil olmaqla).

3. Bir istiqaməti “Azərbaycan Hava Yolları” QSC, digər istiqaməti isə “A-Jet” aviaşirkəti tərəfindən həyata keçirilən turizm paketləri üzrə
Hər bir sə
rnişin üçün 48.75 (qırx səkkiz dollar yetmiş beş sent) ABŞ dolları məbləğində əlavə ödəniş tətbiq ediləcəkdir
(agent komissiyası daxil olmaqla).

27.04.2026-cı il tarixindən (həmin tarix daxil olmaqla) sonra edilmiş və uçuş tarixi 01.05.2026-cı il tarixindən etibarən olan bütün rezervasiyalar üzrə isə qeyd olunan yanacaq əlavələri artıq aviabilet qiymətlərinə daxil edilmişdir.

Bununla yanaşı bildiririk ki, “Summer Tour Azərbaycan” MMC ilə imzalanmış Agentlik müqaviləsinin 1 və 2 saylı əlavələrinin qoşmaları ilə təsdiq edilmiş Agentlə Turist arasında imzalanmalı olan müqavilə formasının 2.3.5-ci bəndinə əsasən, şəraitdə obyektiv dəyişikliklər baş verdiyi hallarda Agent turizm xidmətlərinin ilkin razılaşdırılmış dəyərini dəyişdirmək hüququna malikdir.

Həmin müqavilə formasının 5.3.3-cü bəndinə əsasən isə, səyahətin qiymətinin nəqliyyat xərclərinin və aviabilet qiymətlərinin artması ilə əlaqədar dəyişdiyi hallarda Agent Turist qarşısında məsuliyyət daşımır.

Eyni zamanda, “Summer Tour Azərbaycan” MMC ilə imzalanmış Agentlik müqaviləsinin 3.3-cü bəndinə uyğun olaraq, Turoperatordan asılı olmayan səbəblərlə turun dəyərində artım yarandıqda, Agent Turoperator tərəfindən təqdim edilən əlavə hesab əsasında ödənişi tamamlaya və ya Müqavilə və ona əlavələrdə nəzərdə tutulmuş ləğvetmə qaydaları və cərimə şərtlərini nəzərə almaqla turdan imtina barədə qərar qəbul edə bilər.

Əlavə ödənişlə razılaşmayan sərnişinlərin rezervasiyanı cəriməsiz şəkildə ləğv etmək və tam geri ödəniş almaq hüququ vardır.

Anlayışınıza və əməkdaşlığınıza görə təşəkkür edirik.

Hörmətlə,
“Summer Tour Azərbaycan” MMC

 

город отправления
страна
тур
город
категория

гостиница
Отображены не все отели. Пользуйтесь поиском выше.
питание
номер
Фильтры
- есть места / нет мест / по запросу / мало мест - мгновенное подтверждение - остановка продаж
- наличие мест в отеле: по запросу / нет / мало / есть - Динамика цены, наличие мест - Лучшее предложение
Пояснение